Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinin qurulmasını
fəal şəkildə dəstəkləməlidir.
Bunu Trend-ə
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
“Azərbaycanla Ermənistan arasında sülhün qurulmasının
vacibliyini qiymətləndirməmək olmaz. Biz şadıq ki, Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlər
keçirir. Biz hər iki tərəfi vacib danışıqlar prosesini davam
etdirməyə çağırırıq. Dünən mən Şuşaya getmişdim, bundan əvvəl isə
Ağdamda olmuşdum. Bərpa işləri gedir, amma başa düşmək lazımdır ki,
bu, çox uzun prosesdir. Gündəmdəki başlıca məsələ məcburi
köçkünlərin doğma yurdlarına qayıtmasıdır”, – səfir bildirib.
O qeyd edib ki, Almaniya regionun iqtisadiyyatına töhfə verməkdə
maraqlıdır.
“Qarabağ muzey olmamalıdır. Bura insanların yaxşı həyat tapa
biləcəkləri iqtisadi və mədəni fəaliyyət regionudur”, – V.Maniq
vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)