Aİ Cənubi Çin dənizində dənizçilik azadlığına əməl edilməsinin vacibliyini vurğulayıb

Avropa İttifaqı növbəti dəfə Çinə Cənubi Çin dənizində dənizçilik azadlığına əməl edilməsinin vacibliyini qeyd edib və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələrinin hazırladığı davranış kodeksinə dəstəyini vurğulayıb.

Trend xəbər verir ki, Avropa Xarici Siyasət xidmətinin nümayəndəsi bildirib ki, Avropa İttifaqı regionda sülh, təhlükəsizlik və sabitliyə, qaydalara əsaslanan beynəlxalq nizama xələl gətirən hər hansı birtərəfli hərəkəti qəti qəbul etmədiyini bir daha bəyan edir.

O, son aylar Cənubi Çin dənizində Çin gəmilərinin bir sıra birtərəfli hərəkətlərini qeyd edib. Xüsusilə, keçən həftə ÇXR sahil mühafizəsi Filippinin Palavan əyalətindən 105 dəniz mili qərbdə iki Filippin təchizat gəmisinin qarşısını kəsib və onlara qarşı su şırnaqlarından istifadə edib. Sözçü bildirib ki, göstərilən ərazi Filippinin iqtisadi zonasına daxildir və onunu kontinental şelfində yerləşir.

Teqlər: