Avropa İttifaqı (Aİ) Rusiyanın “VTB”, “FK Otkritiye” bankı, “Novikombank” və “Sovkombank”-a qarşı bloklayıcı sanksiyalar tətbiq
edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında bildirilib.
Bütün banklar artıq fevral ayından ABŞ və Böyük Britaniyanın
sanksiya siyahısındadır və həmçinin “SWIFT” maliyyə mesajlaşma
sistemindən ayrılıblar. Bundan əvvəl Aİ-nin bu kredit
təşkilatlarına qarşı məhdudiyyətlər yeni avro istiqrazların
buraxılmasına və ya Avropa kapital bazarlarında səhmlərin
yerləşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutub.
Avropada yalnız VTB-nin böyük aktivi var. Dövlət bankı 8 milyard
avroya yaxın aktivləri olan VTB Bank Europe-un sahibidir.