Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa İttifaqı (Aİ) ölkələri Belarusa qarşı maliyyə
sanksiyaları tətbiq edib.
Trend-in
məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında
deyilir.
Qeyd olunur ki, qərara əsasən, Belarusun üç iri bankı
(Belaqroprombank, “Dabrabıt Bank” və Belarus İnkişaf Bankı) SWIFT
sistemindən ayrılır.
Bundan başqa, Belarus Mərkəzi Bankı ilə transaksiyalar, Belarusa
avro əskinaslarının satışı, eləcə də Belarus vətəndaşlarından 100
min avrodan çox məbləğdə depozit qəbulu qadağan olunur.
Qadağaların bu gündən etibarən qüvvəyə minməsi gözlənilir.
Belarusa qarşı sanksiyalar bu ölkənin Rusiyanın Ukraynada hərbi
əməliyyatlarına dəstək göstərməsi ilə əlaqədar tətbiq edilib.