Xəbər - Sədrəddin Ağcayev – Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni hərtərəfli saziş imzalamağa hazırdır.
Bunu Trend-ə özəl müsahibəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, bu sazişlə bağlı tərəflər arasında danışıqlar 2017-ci ildə başlayıb:
“Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Sənədin mətni artıq hazırdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmadığı üçün ticarətlə bağlı bəzi məsələlər açıq qalır. Mən sənədin imzalanmasının konkret müddətini deyə bilmərəm, amma bu saziş bizim münasibətlərimizi və iqtisadiyyatı daha da yaxşılaşdırmağa imkan verəcək”.
K.Yankauskas qeyd edib ki, Aİ Azərbaycanın ÜTT-yə üzv olmasını, eləcə də iqtisadi şaxələndirməni dəstəkləyir. Onun sözlərinə görə, bütün bunlardan başqa, Aİ ölkələrinin vətəndaşları üçün vizaların ləğv olunması Azərbaycana turist axınının artmasına xidmət edəcək.
(Tərcümə: Orxan Nəbiyev)