Aİ Azərbaycanla birgə biznes forumu keçirməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Azərbaycanla birgə biznes forumu keçirməyi
planlaşdırır.

Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.

“Biz Azərbaycanın biznes sektorunun nümayəndələri ilə yeni
əməkdaşlıq perspektivlərini müzakirə etmək, tərəfdaşlığı
genişləndirmək, fikir mübadiləsi aparmağı planlaşdırırıq”, – o
deyib.

P.Mixalkonun sözlərinə görə, forumda Azərbaycandakı Avropa
şirkətlərinin nümayəndələri, Azərbaycan-İtaliya ticarət palatası və
Azərbaycan-Fransa ticarət-sənaye palatasının nümayəndələri iştirak
edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: