Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir və ixracın 51 faizi Aİ-nin payına düşür
Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.
O əlavə edib ki, ticarət dövriyyəsi göstəriciləri pandemiya
dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb və gələcək
artım üçün potensial da mövcuddur.
P.Mixalko bildirib ki, ötən ildən Aİ ilə Azərbaycan arasında
əlaqələri daha da möhkəmlənib və bu, Şarl Mişelin, Oliver
Varheyinin və əlbəttə ki, Prezident İlham Əliyevin “Şərq
tərəfdaşlığı” sammitində iştirak etmək üçün səfərləri ilə ifadə
olunub.
(Tərcümə: Orxan Nəbiyev)