Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazilərin minalardan
təmizlənməsi səylərini dəstəkləyir.
AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Peter Mixalko Humanitar Mina Fəaliyyəti və
Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında
çıxışı zamanı deyib.
P.Mixalko bildirib ki, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5
milyon avro ayrılıb.
Onun sözlərinə görə, dünyada mina qurbanlarının 80%-i dinc
insanlar, uşaqlardır. “Biz başa düşməliyik ki, mina təmizləmə ilə
yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ
Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. Aİ
Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək”, –
deyə P.Mixalko əlavə edib.