Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi
çərçivəsində görüş keçirilib.
Trend-in
məlumatına görə, bu barədə Milli Məclisin deputatı, komitənin
həmsədri Tural Gəncəliyev öz “Twitter” səhifəsində yazıb.
“Həmkarım, Milli Məclisin deputatı Sevil Mikayılova ilə birgə
Avropa Parlamentinin deputatı Marina Kalyurandla konstruktiv
müzakirə keçirdik. Milli Məclislə Avropa Parlamenti arasında
əməkdaşlığın möhkəmlənməsinə ümid edirik”, – T.Gəncəliyev
yazıb.
(Tərcümə: Orxan Nəbiyev)