Aİ Azərbaycan – Ermənistan münasibətlərində sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini davam etdirəcək

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında
münasibətlərdə sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini
davam etdirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri
Peter Mixalko Aİ Nümayəndəliyinin Avropa Günü münasibətilə təşkil
etdiyi qəbulda deyib.

Onun sözlərinə görə, bu prosesin başlanğıcını Azərbaycan
prezidenti ilə Ermənistanın baş naziri arasında əvvəlki görüşlərdə
Aİ Şurasının prezidenti Şarl Mişel qoyub.

“Bununla yanaşı, Aİ minaların təmizlənməsi və effektiv hökumət
dəstəyi mexanizmlərinin yaradılması prosesində Azərbaycana dəstək
verir. Aİ sülhü dəstəkləyir və sülh platforması kimi tanınır”, –
səfir bildirib.

Mixalko Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı
da qeyd edib.

“Bu baxımdan, rəqəmsal transformasiya və yaşıl enerjiyə keçidlə
bağlı layihələrimiz var. Avropa ölkələri Azərbaycanda yeni
layihələri səbirsizliklə gözləyir. Buna perspektivli Cənub Qaz
Dəhlizi layihəsinin yaradılması, eləcə də alternativ enerji
sahəsində ölkənin böyük potensialı kömək edir”, – o deyib.

Teqlər: