Ukrayna və Rusiya ilə yaxşı münasibətlər sayəsində Türkiyə
danışıqlar prosesində müsbət irəliləyiş əldə edə bildi.
Trend xəbər
verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə
ali nümayəndəsi Jozep Borrel “Frankfurter Allgemeine” qəzetinə
bildirib.
Onun sözlərinə görə, Türkiyə və BMT Kiyev və Moskva arasında
dialoqda ideal vasitəçi olaraq qalır. Bununla belə, J. Borrel hesab
edir ki, Moskva Ukrayna ilə danışıqlarda Aİ-nin vasitəçiliyinə
qarşı çıxacaq.
“Rusiya bunu qəbul etməyəcək, necə ki, biz onu vasitəçi kimi
qəbul etməyəcəyik. Çin də uyğun deyil, çünki o, Rusiyaya meyl
edir”, – Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
O, əlavə edib ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü
davam etdirəcək.