Avropa Komissiyası Türkiyənin 2021-ci il üçün iqtisadi artım proqnozunu 5,2 faizdən 9 faizə artırıb.
Trend xəbər verir ki, AK-nın “Bərpadan genişlənməyə” başlıqlı hesabatında koronavirus pandemiyasına baxmayaraq, Türkiyə iqtisadiyyatının 2020-ci ildə 1,8 faiz artdığı, ilin sonunadək 9 faiz, 2022 və 2023-cü illərdə isə 4 faiz olacağı bildirilir.
Hesabata əsasən, 2021-ci ildə Aİ iqtisadiyyatı 5 faiz, 2022-ci ildə 4,3 faiz və 2023-cü ildə 2,5 faiz artacaq.
Avropa Komissiyasının əvvəlki yay hesabatında Aİ və Avrozona iqtisadiyyatlarının 2021-ci ildə 4,8 faiz, 2022-ci ildə isə 4,5 faiz artacağı proqnozlaşdırılırdı.