AHK Foreign Business Reception tədbirində İqtisadiyyat nazirinin iştirakı gözlənilir

23 sentyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası, Bakı Marriott Bulvar Hoteldə baş tutacaq AHK Foreign Business Reception tədbirində “Azərbaycanda Xarici Biznesi: Biznes Mühiti Sorğusu 2021” adlı müstəqil hesabatının növbəti nəşrini təqdim edəcək. İqtisadiyyat Nazirliyi və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan bu eksklüziv biznes və networking tədbiri 150-yə yaxın yüksək vəzifəli xarici biznes nümayəndələrini və beynəlxalq qurumları bir araya gətirəcək. Tədbirdə iqtisadiyyat naziri, cənab Mikayıl Cabbarov açılış nitqi ilə çıxış edəcək.

Tədbir Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin icraçı direktorları və beynəlxalq şirkətlərin rəhbərləri ilə iqtisadi siyasəti təyin edən qurumların yüksək vəzifəli nümayəndələrini bir araya gətirən unikal bir platforma rolunu oynayır və ictimai-özəl dialoqu gücləndirməklə şirkətlərin üzləşdiyi çətinlikləri müzakirə etmək və təklifləri təşviq etmək məqsədi daşıyır.

Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və Covid-19 qaydalarına tam uyğun təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyələrə ciddi riayət edilməklə təşkil olunacaq.
Tədbirin ilkin proqramını əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.aserbaidschan.ahk.de/en/events/event-details/ahk-foreign-business-reception

Teqlər: