AHK Azərbaycan “Onlayn-təlimçi” təlimində iştiraka dəvət edir

Hörmətli AHK üzvləri və tərəfdaşları,

Getdikcə daha çox şirkətlər ənənəvi, sinif otağında keçilən təlim metodlarından e-tədris yanaşmasına keçməyi üstün tuturlar. İqtisadi cəhətdən səmərəlilik, vaxt səmərəliliyi, standart resurs platformasının mövcudluğu bu yeni dövrün üstünlüklərindən yalnız bəziləridir.

AHK Azərbaycan Sizi “Onlayn-təlimçi” təlimində iştirak etməyə dəvət edir. Təlim onlayn şəkildə 7 dekabr 2021-ci il tarixindən başlayaraq keçiriləcək.

İlkin şərt Rus və ingilis dillərini yaxşı səviyyədə bilməkdir.

Təlimdə iştirak ödənişsizdir. Bütün iştirakçılar əvvəlcədən seçiləcək. İştirak yalnız təsdiq edildikdən sonra mümkündür.

Təlim Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Alman Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) “Business Scouts for Development” İnkişaf Proqramıın dəstəyi ilə təşkil edilir.

Qeydiyyatın son tarixi 1 dekabr 2021-ci ildir.


“Biznes alman dili” imtahanı Sizi almandilli mühitdə inamlı davranmağa, özünüzü və şirkətinizi təqdim etməyə və uğurlu danışıqlar aparmağa kömək edəcək. “Biznes alman dili” imtahanı 2021-ci ilin dekabr ayında keçiriləcəkdir.

AHK Azərbaycanın təlim təklifləri haqqda ətraflı məlumat əldə etmək və kursa qeydiyyatdan keçmək üçün bizim səhifəmizə daxil olun və ya xanım Gülüş Cəfərquluzadə növbəti mail vasitəsi ilə [email protected] əlaqə saxlayın.

Hörmətlə,

Dr. Magnus Müller Gülüş Cəfərquluzadə

Peşə Təhsili üzrə rəhbər Ətraf mühitin idarə olunması üzrə mütəxəssis

Teqlər: