Novruz bayramının daha bir əlamətdar günündə – Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ƏSSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinlərini ziyarət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, nazirlik nümayəndələri Novruzun əziz günündə ahıllarımızı təbrik edib, onlara hüzurlu xoş günlər arzulayıb.
Daha sonra müəssisənin həyətində nazirliklərin əməkdaşlarının, könüllülərin və ahıl vətəndaşlarımızın iştirakı ilə ağacəkmə tədbiri keçirilib, əraziyə müxtəlif növ ağaclar əkilib.