AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından
azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu.
Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq
hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə
yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və
mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata
qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin
mühüm dayaqlarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar
tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.

Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər
nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur
yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.

Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına müxtəlif
vaxtlarda ianələr edirlər. Belə ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 28
yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına
ümumilikdə 600 000 manat köçürülüb.

Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq
işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart
2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına
köçürülüb.

Teqlər: