Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan
Xocalı soyqırımının 30-cu ildönümüdür.
Bununla əlaqədar olaraq, fevralın 25-də Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə
qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət
ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin
ehtiramla yad olunub.