AHİK-in İcraiyyə Komitəsi Zəfər Günü ilə əlaqədar beynəlxalq əmək təşkilatlarına müraciət edib

AHİK-in İcraiyyə Komitəsi Zəfər Günü ilə əlaqədar beynəlxalq əmək təşkilatlarına müraciət edib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, müraciətdə deyilir:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızı azad etməsindən, tarixi ədalətin bərqərar olmasından, beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpa olunmasından bir il ötür. Ötən əsr 90-cı illərin əvvələrindən başlayaraq xarici havadarları tərəfindən silahlandırılan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edilib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan dəyib. Azərbaycanlılara qarşı soyqırımıları törədib. Ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün dünyaya bəllidir.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Lakin münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi, beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT işğalçı Ermənistana heç bir təzyiq göstərmədi, qurumun Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən məlum 4 qətnaməsi 27 il kağız üzərində qald, icra olunmadı.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizi mütəmadi olaraq atəş altında saxladı.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Ermənistan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə qələbə qazandı.

Bu, tarixi qələbədir, separatizmə tutarlı cavabdır, bəşəriyyətə mühüm bir töhfədir. Dünyanın siyasi nizamını pozan, münaqişələrə, qanlı müharibələrə səbəb olan, məcburi köçkün ordusunun sayını artıran separatzmin bir elementi artıq məhv edilib.

Azərbaycan həmkarlar ittifaqı olaraq bildiririk ki, artıq bölgədə əvvəlkindən fərqli olaraq bütün Cənubi Qafqazın və ümumilkdə regionun hərtərəfli inkişafına təkan verəcək yeni reallıqlar hakimdir. Bu, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, iqtisadi inkişafa xidmət edəcək yeni vəzifələrdir ki, Ermənistanın bununla barışması onların əmin-amanlıq şəraitində yaşaya bilməsi üçün son çıxış yoludur. Azərbaycanın irəli sürdüyü və realaşdırmağa çalışdığı layihələr siyasi-iqtisadi əhəmiyyətinə görə böyük perspektivlərə malikdir və bütün regionun rifahına və inkişafına hesablanıb.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına və əməkçi təşkilatlara müraciət edərək vurğulayırıq ki, Azərbaycan həmişə olduğu kimi sülhə, sabitliyə sadiqdir, milli maraqlar çərçivəsində hətərəfli əməkdaşlığa, mehriban qonşuluq prinsipinə daim üstünlük verir. Ermənistan da konkret mövqedən çıxış etməli, üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirməlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması üçün yaratdığı sünü əngəllərdən əl çəkməlidir. Yuxarıda qeyd etdiyimiz beynəlxalq həmkarlar ittifaqı təşkilatlarını Azərbaycanın sülh çağırışlarını təqdir etməyə, obyektiv və ədalətli mövqe sərgiləməyə çağırırıq”.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası

2. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası

3. “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası

4. “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası

5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı

6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı

8. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı

10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı

11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı

12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı

13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı

15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

16. “İnşaat-İş” Həmkarlar İttifaqı

17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı

18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı

20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı

22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı

23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı

26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı

Teqlər: