AHİK-də yaxın günlərdə Qurultayın keçirilməsi ilə bağlı məlumatlar əsassızdır – Təkzib

Bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) Qurultayın keçirilməsi ilə bağlı
məlumatlar dərc olunub. Həmin məlumatlar tamamilə əsasız və
həqiqətdən uzaqdır.

Bildiririk ki, AHİK-də seçkilərin keçirilməsi
nizamnaməyə uyğun olaraq, 2025-ci ilin fevral ayında nəzərdə
tutulub.

Bu tipli öz təsdiqini tapmayan informasiyaları
hazırlayan KİV nümayəndələrinə tövsiyə edirik ki, dəqiq olsunlar,
faktlara əsaslansınlar,
jurnalistikanın tərəfsizlik,
peşəkarlıq prinsiplərinə əməl etsinlər. Ucuz reklam xatirinə
ictimaiyyətdə çaşqınlıq yaradacaq yalan informasiyalardan uzaq
dursunlar.

Teqlər: