AHİK 32 şəhid övladına aylıq müavinət ödəyəcək

AHİK 32 şəhid övladına aylıq müavinət ödəyəcək

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 32 şəhid övladına aylıq müavinət ödəyəcək.

AzerTimes xəbər verir ki, bununla bağlı Konfederasiyanın İcraiyyə Komitəsinin noyabrın 11-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, bu il sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən həlak olmuş 18 şəhidin 32 övladı himayəyə götürülüb.

Belə ki, bir uşağı olan ailəyə uşaq 18 yaşına çatanadək hər ay 100 manat, iki və daha çox uşağı olan ailəyə uşaqları 18 yaşına çatanadək hər ay 200 manat məbləğində vəsait ödəniləcək.

Teqlər: