Ağsuda soyuducu anbarında fəhlə yıxılıb öldü

Xəbər - Samir Əli – Trend:

Ağsuda soyuducu anbarında ölüm hadisəsi baş verib.

Ağsu rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, hadisə iyulun 02-də rayonun Qaravəlli kəndində baş verib. Kənd sakini Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.


Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: