Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.
Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.
Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.