Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xırdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.