Ağsuda 714 nəfər koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul edib

Xəbər - Samir Əli – Trend:

Koronavirusa qarşı vaksinasiya prosesinin ikinci mərhələsi bölgələrdə də davam etdirilir.

Ağsu rayon Mərkızi Xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Hüseynov AzerTimes-a açıqlamasında bildirib ki, rayon üzrə ümumilikdə 3 min 20 nəfər koronavirusa qarşı peyvənd olunub:

“Onlardan 714 nəfər artıq peyvəndin ikinci dozasını qəbul edib. Qalan vətəndaşlar hələlik birinci dozanı qəbul edib. Bir müddətdən sonra həmin şəxslər də ikinci dozanı qəbul edəcəklər. Nə birinci, nə də ikkinci dozadan sonra heç bir vaksin olunan şəxsdə əks təsir qeydə alınmayıb. Hazırda proses davam etdirilir. Könüllü müraciət əsasında vətəndaş strategiyaya uyğun qəbul olunur, yoxlanılır, əks reaksiya halı aşkarlanmadığı halda peyvənd olunur”.

Teqlər: