Ağsuda 250 metr beton bənd tikilib, 1100 metr kanal beton üzlüyə alınıb (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat Dilqəm Şərifov bildirib ki, Ağsu Suvarma
Sistemləri İdarəsi 37070 hektardan artıq suvarılan torpaq sahəsinə
xidmət edir.

Trend xəbər verir ki, bu sahələrin suvarılması üçün 967 km
suvarma kanalından istifadə olunur. Bunlardan 63 km-i beton
kanalardır. Ötən il suvarma kanallarında 1100 metr betonlaşma
işləri görülüb. Rayonda payızlıq əkin olaraq 30 min hektara yaxın
taxıl əkilib ki, bundan 15670 hektarı arpa, 14200 hektarı isə
buğdadır. Artıq bu sahələrin birinci suvarması başa çatdırılıb.
Hazırda texnikalar vasitəsilə bir-neçə istiqamətdə, Qiyaslı,
Kəndoba, Cəlayir, Xəlilli və Çiyni kəndləri ərazilərində olan
kanallarda da lildən təmizləmə işləri davam edir.


Rayonun əsas suvarma kanalı sayılan və 10000 hektardan artıq
əraziyə xidmət edən Maşın Qolu kanalında isə lildən təmizləmə
işləri yekunlaşmaq üzrədir. Bu kanal 1980-ci ildən istifadə
olunduğundan bəzi hissələrində beton üzlük yararsız vəziyyətə
düşüb. Su itkisinin qarşısının alınması üçün idarə tərəfindən ötən
il olduğu kimi bu ildə maşın qolu kanalında 1170 metr betonlaşma
işləri aparılacaq.

Teqlər: