Ağsuda 2 300 nəfər ikinci doza vaksini qəbul edib

Xəbər - Samir Əli – Trend:

Bölgələrdə koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesinin ikinci mərhələsi davam etdirilir.

Bu barədə AzerTimes-a Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib. Onun sözlərinə görə, rayon üzrə ümumilikdə 2 813 nəfər vaksin olunub: “Onlardan 2 300 nəfər artıq ikinci dozanı qəbul edib. 512 nəfər isə birinci doza peyvəndi qəbul edib. Həmin şəxslərin müddəti başa çatandan sonra ikinci dozanı da qəbul edəcəklər”.


Direktor qeyd edib ki, indiyə qədər peyvənd olunanlar arasında əks reaksiya halları baş verməyib: “Nə birinci, nə də ikinci dozanı qəbul edənlərdən heç kimdə əks reaksiya qeydə alınmayıb. Peyvənd olunan şəxslər mütəmadi olaraq nəzarətdə saxlanılsa da, heç birində mənfi hal aşkarlanmayıb. Proses normal davam edir”.

Teqlər: