Xəbər - Samir Əli – Trend:
Bu gündən etibarən Bakı şəhəri ilə yanaşı, bölgələrdə də 65 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı peyvəndlənməsinə başlanıb.
Göyçay rayon Mərkəzi Xəstəxanasından AzerTimes-a verilən məlumata görə, səhər saatlarından həmin şəxslərin müraciətləri qəbul edilir: “Müraciət edən şəxslər müayinə olunur, yoxlanılır, əks – təsir olmadığı halda peyvəndlənir. Artıq bu gün 43 nəfər xəstəxasnada peyvənd olunub. Hazırda vaksinasiya üçün müraciətlərə baxılması davam etdirilir”.
Ağsu rayon Mərkəzi Xəstəxanasından isə AzerTimes-a bildirilib ki, bu gün rayon üzrə 21 nəfər 65 yaşdan yuxarı şəxs koronavirusa qarşı vaksin edilib.