Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “patı” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin daşımaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Raman Ziyadxanlı saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.