Ağstafa rayon ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovşan aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.