Ağstafada evdə partlayış: 6 nəfər yaralandı

Ağstafada evdə partlayış: 6 nəfər yaralandı

Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Əlihüseyn Fazil oğlu Həsənov, 1985-ci il təvəllüdlü İradə Zakir qızı Rzayeva, 2009-cu il təvəllüdlü Soma Emin qızı Rzayeva, 2002-ci il təvəllüdlü Məryəm Ramin qızı Məmmədli, 1995-ci il təvəllüdlü Soldoz Ramiz qızı Qasımlı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: