Ağstafa rayonunun Poylu kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb.
AzerTimes Report-a istinadla xəbər verir ki, dəm qazından dünyasını dəyişən 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.
Daha bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.