ABŞ “Şimal axını” qaz nəqli xəttini partlatmaqla öz ayağına atəş açdı.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş deyib.
“Bəli, ayağımıza atəş açdıq. Bu, ağlasığmaz axmaqlıqdır. Cinayətdir. Düşünürəm ki, Ağ Evdə şübhəsiz ki, gözəl axmaqlıq hökm sürür”, – deyə o bildirib.
S.Herş əlavə edib ki, Rusiya qazı olmadan qalan avropalılar bərpa olunan enerji mənbələri axtarmağa məcburdur və bu, Çinin xüsusilə uğurlu olduğu bir sahədir.