Ağır yaralanan 4 erməni Fransaya aparılır

Ağır yaralanan 4 erməni Fransaya aparılır

Xankəndidəki partlayışda ağır yaralanan 4 nəfər bu həftəsonu müalicə üçün İrəvandan Fransaya aparılacaq.

AzerTimes xəbər verir ki, bu barədə ötən gün Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

Kolonna Ermənistana lazım gələrsə dəstəyin davam etdiriləcəyi barədə söz verib.

Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub. Partlayış nəticəsində xeyli sayda insan həlak olub.

Teqlər: