Bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında bildirib.
“Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”, – Byazi qeyd edib.
Byazi Belçika millisində təhlükəli oyunçuların olduğunu deyib: “Onların hamısı güclü klublarda çıxış edirlər”.
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.