Aşıq Zülfiyyə İbadovaya ağır itki üz verib.
Yenicag.az-a açıqlama verən sənətçi ağrısını bölüşüb:
“Anam uzun müddətdən bəri xəstə yatağında idi, dünyasını dəyişdi. Son nəfəsində 3 dəfə Allah deyib gözünü yumdu. Mələk kimi qadın idi, bir dəfə də olsun xətrimizə dəyməmişdi. Ananın yaşı olmur, hansı yaşda olursa-olsun, ana itkisi çox ağırdır”.
Allah rəhmət eləsin!
Cəvahir
www.yenicag.az