Zəngilan. Ceyhun Ələkbərov – Trend:
Ağıllı kənd layihəsinin reallaşdırılması üçün ərazi minalardan təmizlənir.
Bunu AzerTimes-ın Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.
Onun sözlərinə görə, artıq sözügedən ərazidə 72 hektar topraq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib:
Zəngilan rayonunda 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində Ağıllı kənd layihəsinin baş planının reallaşdırılması üçün indiyə qədər 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Hazırda təmizləmə işləri davam edir”.
Twitter: @JeyhunAlakbar