AGF “Zəfər”2021 Beynəlxalq İdman Naliyyətləri mükafatına layiq görülüb

Azərbaycan Gimnastika Federasiyası (AGF) “Zəfər”2021 Beynəlxalq İdman Naliyyətləri mükafatına layiq görülüb

Trend Federasiyanın saytına istinadən xəbər verir ki, yanvarın 28-də “Fairmont Baku” hotelində “Sportsman” jurnalının “Zəfər” 2021 Beynəlxalq İdman Naliyyətləri Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə idman rəsmiləri, dünya, Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyası “İlin idman federasiyası”nominasiyası üzrə “Zəfər”2021 mükafatına layiq görülüb.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, nominantlara mükafatlar və hədiyyələr təqdim edilib.

Teqlər: