AGF tədris proqramına start verib

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin
09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan
Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar
hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq
AGF-nin tədris saytı (https://tedris.agf.az/main) istifadəyə
verilib.

Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii
gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası,
tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarında onlayn
qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola,
daha sonra imtahan verə bilərlər.

Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti
3 səviyyə isə əsas kurslar) ibarətdir.

Qeyd edək ki, batut gimnastikası üzrə 1-ci səviyyə üçün (5-7
yaşlı gimanstlarla çalışan məşqçilər üçün) nəzərdə tutulan
kursların onlayn hissəsinə aid tədris materialları artıq saytda öz
əksini tapıb.

Bununla əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən idman
klubları və cəmiyyətlərində fəaliyyət göstərən məşqçilər batut
gimnastikası üzrə bu səviyyəyə aid onlayn kurslardan qeydiyyatdan
keçə bilərlər. Məşqçilər onlayn kursları və imtahanları uğurla başa
vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə
edəcəklər.
Məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi 15-17 fevral
tarixlərində Beynəlxalq Gimnastika Federasiyasının batut
gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitriy Poliaruş
tərəfindən Milli Gimnastika Arenasında keçiriləcəkdir.

Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair
Qaydalarla federasiyasnın rəsmi internet saytında tanış ola
bilərsiniz:
https://agf.az/uploads/rules/—az–rbaycan-gimnastika-fede_7548_az.pdf

Teqlər: