Agentlik vətəndaşın əlilliyinin dayandırılmasına münasibət bildirdi

Xəbər - Samir Əli – Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı şəhər sakini Elbrus Yusifovun əlillik dərəcəsindən məhrum edilməsi barədə yaydığı videomüraciətə münasibət bildirib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov AzerTimes-a bildirib ki,
sağlamlıq vəziyyəti əlilliyə əsas verməyən bir şəxsə əlillik dərəcəsi təyin etmək qadağandır:

“Hələ bu ilin martında Bakı şəhər sakini Yusifov Elbrus Yusif oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bundan sonra da son aylarda onun müraciəti əsasında 2 dəfə (14 və 30 iyunda) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb.


Hər iki əyani müayinə zamanı da onun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.

Teqlər: