Agentlik sədri bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara münasibət bildirib

Xəbər - Samir Əli – Trend:

Son 2-3 gündə Quba yolunda baş vermiş faciə mənə də pis təsir
edib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, təəssüf ki, respublikanın bütün avtomobil
yollarında hadisələr olur:

“Quba yolundakı faciə də o hadisələrdəndir. Yollarda hərəkət
sürətini göstərən yol işarələri var. Əgər sürücülər həmin işarələrə
nəzarət etsələr, təhlükəsiz hərəkət edə bilərlər.

Həmin yol Bakı-Sumqayıt dairəvi yoludur. Bu yol 1984-cü ildə
çəkilib. 2008-ci ildə həmin yol yenidən qurulub. Həmin vaxt o yolda
çəkmələr nəzərə alınıb. Biz bu yolda təmir işləri aparırıq. Həmin
yolda 3 hərəkət zolağından iki hərəkət zolağına keçid var. Orada
yolun daralması və 60 km-lik sürət həddi işarəsi qoyulub. Hadisənin
səbəblərinin yolun təmirsiz olması ilə əlaqələndirmək düzgün deyil.
Bunu milli faciə etməyək”.


S.Məmmədov bildirib ki, Quba-Rusiya sərhədi avtomobil yolu
2010-cu ildə istifadəyə verilib:

“Ola bilsin ki, layihə düzgün icra olunmayıb, çəkilişdə
səhlənkarlığa yol verilib, deyə o yol sıradan çıxıb. O yolun beton
örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır.

Buna görə də həmin yola alternativ yol çəkilib. Həmin yol
2022-ci ildə istifadəyə veriləcək”.

Qeyd edək ki, fevralın 17-də Bakı-Quba-Rusiya yolunun
H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən avtomobilin
aşması nəticəsində bir ailənin bütün üzvləri həyatını itirib.
Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra
vətəndaşlar qəzanın səbəbi kimi yolun hamar olmamasını
göstərirdilər.

Teqlər: