Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.