Ağdərədəki birliklər tamamilə təslim olub, şəhər bomboşdur.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin Ağdərəyə təyin etdiyi “mer” Mişa Gürciyan deyib.
“Şəhər tamamilə boşdur. Sakinləri daşıyan son maşın dünən şəhəri tərk edərək Xankəndiyə yollandı. Artıq çatıblar”, – o bildirib.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə hərbçimizin keçmiş Ağdərə şəhərinin girişinə Azərbaycan bayrağını asmasını əks etdirən görüntülər yayılmışdı.