Ağdərədə 4 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı

Ağdərədə 4 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı

Ağdərədə 4 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

AzerTimes xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizilar təyin edilib.

Qeyd edək ki, noyabrın 30-da Ağdərədə yolsuzluq avtomobilinin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Teqlər: