Bərpa edilən Ağdərə rayonunun sərhədlərində hazırda mərz nişanları basdırılır.
AzerTimes Report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.
“Naturada sərhədlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və qonşu həmsərhəd rayonların nümayəndələrinə tanıdılır”, – deyə o qeyd edib.