Ağdərə körpüsü bağlandı, SEPAH həbslərə başladı

Ağdərə körpüsü bağlandı, SEPAH həbslərə başladı

Xiyavın Cəbqərə kənd sakinləri iki gündür ətrafa ziyan vuran mədən işlərinə etiraz etmək məqsədi ilə etiraz edirlər. Səsimizi eşidən yoxdur, məcbur qalıb Ağdərə körpüsünü bağladıq. Lakin Ərdəbil ərazisindən SEPAH nümayəndələri kəndə tökülüşdü və yolun açılmasını tələb etdi. Etiraz edənlərdən bir çoxunu tutub aparıblar.

Bu sözləri AzerTimes-a adının açıqlanmasını istəməyən Cəbqərə kənd sakini deyib.

Onun sözlərinə görə, vəziyyət acınacaqlıdır, xeyli sayda tutulan var, lakin insanlar geri çəkilmir və öz haqlarını tələb edir:

“Cəbqərə kəndinin etiraz səsinə Tübnə və Ağdərədən də qoşulublar. Körpünü açmırıq. SEPAH nə qədər təzyiq etsə də, tutsa da, döysə də, yolu açmayacayıq. Mədən işləri dayandırılmalıdır”.

Onun sözlərinə görə, tutulanlar arasında qadınlar da var:

“Kişilərdən 11 nəfəri aparıblar. Onlar arasında 7-si Cəbərədəndir. Bir neçəsi isə Tübnədəndir. Tohid Mollayi, Əli Bəxşi, Əliağa Gülməmmədzadəni tutmuşdular. Bu insanları döyərək səhər saatlarında apardılar. Ardınca Cavad İsmayılzadə, Musa Rzaoğlu, Cəlil Şirzadə, Hamid, İbrahim və Yusif Səfəri qardaşlarını da tutdular. 3 qardaş hələ də zindandadır. Ürəyi soyumayan SEPAH Səfəri qardaşlarının valideynləri – Fatimə xanım və Hüseyni də istintaq idarəsinə çağırıblar. Tutulanlar arasında Zərif adlı xanım da var idi. Çox qeyrətli xanımdır. Xalqın haqlarından danışır hər zaman. Millətimiz geri çəkilmir və istəyirik ki, haqqımızı bərpa etsinlər ”.

Teqlər: