Ağdaş rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan
kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar
konstruksiyaları 154 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir
ki, yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova
Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən
aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.