Xəbər - Fərid Zöhrabov – Trend:
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Ağdaşda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, qapalı məkanlarda keçirilən tədbirlər zamanı sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.
Həmçinin, sahibkarlarla profilaktik söhbətlər aparılıb, pandemiya dövrünün tələblərinə məsuliyyətli yanaşmalarının vacibliyi onların diqqətinə çatdırlıb.
Yoxlamalar zamanı ümumilikdə bir neçə mağazada tibbi maskadan istifadə etməyən alıcı və satıcılara rast gəlinib ki, onların da barəsində intizam tənbeh tədbiri görülüb.