Xəbər - Samir Əli – Trend:
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ağzıbir kənd sakini Möhlət Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 9 kiloqram 130 qram olan 66 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. M.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.