Ağdaşda azyaşlı kanalda boğuldu

Ağdaşda azyaşlı kanalda boğuldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Adəm İsfəndiyar oğlu Musayevin cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: