Ağdaşda 3 yaşlı uşağı ilan sancıb

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

Bu barədə AzerTimes-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin
rəhbəri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin
birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə
taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi
Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi
Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas
edilib.

Teqlər: